ETF-lər (Exchange traded funds — birja ticarəti fondları) birjalarda alınıb-satılan investisiya fondlarıdır. ETF sistemləri səhm və ya istiqraz kimi aktivləri saxlamaqla, sapmaları həmin aktivlərin xalis dəyərinə yaxın tutan arbitraj mexanizmi üzərində işləyəcək şəkildə qurulub.
Kriptovalyuta ETF-i nədir?
İstənilən kriptovalyutanın ETF-i həmin kriptovalyutanın dəyərindəki dəyişkənliyi izləyən və ona bağlı qalan mexanizmdir. Kriptovalyuta ETF-ləri mahiyyət etibarilə ənənəvi ETF kimi işləyir və eyni qaydada alınıb-satılır. Kriptovalyuta ETF-inin işləməsi üçün fondu birjada listinqə çıxaran şirkət əsas kriptovalyutaya real olaraq sahib olmalıdır. Bu əməliyyat nəticəsində investorlar birjada ticarət hüququ verən pay alırlar. Fondun investora verdiyi üstünlük blokçeyn üzərində inkişaf edən bu kripto aktivlərə daha az riskli çıxış imkanı təklif etməkdir. Bəzi hallarda isə blokçeyn texnologiyasının özünə və ya bu texnologiyanın yaratdığı aktivlərə investisiya qoymaq üçün blokçeyn ETF-i almaq lazım gəlir. Bu halda investor kriptovalyuta texnologiyasının dayandığı blokçeyn texnologiyasının paylarını təmsil edən ETF-lərlə iş görür.
Nümunə olaraq Bitcoin ETF-i
Bitcoin ETF-ini Bitcoin saxlayan birjalar və ya şirkətlər idarə edə bilər. Fondun qiyməti arxa planda saxlanılan Bitcoin dəyərinə bağlanır. Şirkət və ya birja ETF-i ənənəvi birjada emissiya edir, investorlar isə listinqə düşmüş Bitcoin ETF-ini səhm kimi alıb-satır. Bundan başqa, Bitcoin ETF-ləri investorlar üçün yeni imkanlar açır.
Bununla belə, Bitcoin ETF-i ilə digər ETF-lər arasında bir neçə mühüm fərq var.
Birinci mühüm fərq odur ki, S&P 500 indeksini izləyən bəzi ETF-lər səhmləri təmsil edir. Buna görə də fonda daxil olan hər hansı şirkətin səhmdarlarına etdiyi ödənişlərdən müəyyən haqq tutulur. Məsələn, Tesla ödəniş edəndə və sizin tərkibində Tesla olan ETF-də payınız varsa, siz də öz payınızı alırsınız. Fərq ondadır ki, Bitcoin S&P 500-dən fərqli olaraq mərkəzsizdir. Məhz mərkəzsiz olduğu üçün Tesla ETF-ində baş verən bu vəziyyət Bitcoin ETF-ində baş vermir.
İkinci mühüm fərq isə budur: bütün ETF-lərdə olduğu kimi, fondu təklif edən şirkətə müəyyən haqq ödəməlisiniz. Lakin Bitcoin ETF-ində ödədiyiniz haqqın bir hissəsi fondun əsas strukturunu təşkil edən Bitcoin-in alınmasına və saxlanmasına sərf olunan məbləğdir.
