Mərkəziyyətsiz tətbiqlər (DApp) nədir?

· 1 min read

DApp mərkəziyyətsiz tətbiq və sistemlər toplusudur. Bu tətbiqlər blokçeyn texnologiyası üzərində qurulur və peer-to-peer şəbəkə prinsipi ilə işləyir. DApp-larda şəbəkəni idarə edən bir mexanizm yoxdur, onları hər hansı mərkəzi orqan nəzarətə götürə bilmir. Məlumatlara nəzarət tamamilə istifadəçilərin əlindədir. Mərkəziyyətsiz olduqları üçün kənardan heç bir müdaxilə mümkün deyil — bu da istifadəçinin təhlükəsizliyini həmişə ön planda saxlayır.

DApp-lar yalnız mobil tətbiqlərlə məhdudlaşmır. Veb brauzer və video oyun formasında olan DApp-lar da var. Öz imkanları ilə bu tətbiqlər gündəlik həyatda istifadəçiyə xeyli rahatlıq gətirə bilər. Bəzi DApp-lar sığorta alqı-satqısı, hesablama gücünün icarəyə verilməsi, frilanserlər üçün bazar yaradılması kimi funksiyaları yerinə yetirir.

DApp texnologiyası

DApp-lar blokçeyn texnologiyasından istifadə edir. Onların üzərindəki əməliyyatların heç birinə üçüncü tərəf qarışmır. Mərkəzi server yoxdur: tətbiqlər peer-to-peer şəbəkə ilə işləyir və şəbəkə üzərində mərkəzi nəzarət mövcud deyil. DApp-lar açıq mənbə kodundan istifadə edir, ona görə də bütün əməliyyatlara istənilən şəxs baxa bilər. DApp blokçeyn dünyasında hələ də formalaşmaqda olan bir texnologiyadır.

DApp nə qazandırır?

Mərkəziyyətsiz quruluşu sayəsində DApp-lar kənar müdaxilələrə tamamilə bağlıdır. Onları heç bir orqan senzuraya məruz qoya bilməz, xarici amillərlə dayandırmaq da mümkün deyil. DApp-ların işini dayandıran yeganə hal istifadəçilərin qarşılaşdığı texniki problemlərdir; bunun xaricində fasiləsiz işləyirlər. Mərkəzi serverin olmaması məlumatlara tam nəzarətin istifadəçilərdə qalması deməkdir. Açıq mənbə kodu isə bütün qeydlərin blokçeyn üzərindən istifadəçilərə açıq olmasını təmin edir.

DApp Mərkəziyyətsiz tətbiqlər