Satoshi Nakamoto kimdir?

· 2 min read

Satoshi Nakamoto orijinal Bitcoin protokolunu təsvir edən məqalənin müəllifi, yəni Bitcoin-i yaradan şəxs və ya qrupdur. Üstəlik, Satoshi Nakamoto adının həqiqi ad, yoxsa təxəllüs olduğu bu günədək məlum deyil.

Satoshi Nakamoto 2008-ci ildə dərc etdiyi Bitcoin məqaləsində kriptovalyutaların necə işləyəcəyini elmi şəkildə ortaya qoydu. Orijinal Bitcoin proqram təminatını da Nakamoto hazırladı və onu MIT lisenziyası ilə açıq mənbə kimi yaydı.

S. Nakamoto 2010-cu ildə yoxa çıxana qədər şəbəkəyə töhfə verdi və mayncılara kömək etdi. Sonra, yenə 2010-cu ildə, Satoshi Bitcoin proqram təminatını developerlərə və kriptovalyuta icmasına təhvil verdi. O vaxtdan bəri yüzlərlə developer əsas koda töhfə verməyə davam edir.

Bitcoin-in yaradıcısı kimdir?

Bitcoin-in yaradıcısı Satoshi Nakamotodur, lakin Satoshi Nakamotonun kim və ya nə olduğu bilinmir. Kimliyi bu günədək müəyyənləşməsə də, vaxtaşırı müxtəlif adların Nakamoto ola biləcəyinə dair iddialarla qarşılaşırıq. Bu adlar arasında Adam Back, Nick Szabo, Hal Finney, Dorian Nakamoto və hətta Elon Musk var. Ancaq onların heç biri Nakamoto olduğunu qəbul etmədi.

Maraqlısı odur ki, indiyədək yalnız bir nəfər ortaya çıxıb "Mən Satoshi Nakamotoyam" demişdir. Onun iddiası da rədd edildi. Craig Wright dəfələrlə Nakamoto olduğunu və bunu sübut edəcəyini bildirsə də, bu açıqlamalar həmişə havada qaldı və Wright məhkəmədə belə Nakamoto olduğunu sübut edə bilmədi.

Satoshi Nakamoto haradandır?

Adına görə Satoshi Nakamotonun yapon olduğu düşünülür. Ancaq onun yapon olduğunu müdafiə edənlərlə yanaşı, bəziləri Nakamotonun Yaponiya ilə heç bir əlaqəsinin olmadığını, Amerikada və ya Avropada yaşayan bir kriptoqraf və kompüter alimi olduğunu düşünür.

Bundan başqa, kimliyi bilinmədiyi üçün haradan olduğuna dair aydın məlumat da yoxdur. Nakamotonun kim olduğunu maraqla araşdıranlar isə işlərini davam etdirir və vaxtaşırı yeni izlərlə qarşımıza çıxırlar.

Sərvəti nə qədərdir?

Satoshi Nakamoto başlı-başına bir sirr olduğu üçün sərvəti barədə də dəqiq məlumat yoxdur. Ancaq pul kisələrini, ünvanları və əməliyyatları izləyənlər Nakamotonun təxminən 1 milyon Bitcoin-ə sahib olduğunu iddia edir. Bitcoin 2021-ci ildə 64.000 dollarla rekord qırdığında bu rəqəm 64.000.000.000 dollara bərabər idi.

Digər tərəfdən, Nakamotoya aid olduğu düşünülən pul kisələrində vaxtaşırı müxtəlif hərəkətlər müşahidə olunur. Məsələn, may ayında ilk Bitcoin-lərdən qazanılmış 50 BTC hərəkətə keçirildi və bunun Nakamoto ilə əlaqəli ola biləcəyi bildirildi. Əlbəttə, hər dəfə belə bir hadisə baş verəndə "Nakamoto kimdir?" sualı yenidən alovlanır.

Satoshi Nakamoto Satoshi Satoshi Nakamoto kimdir Satoshi Nakamoto kimdir? Bitcoin Nakamoto S. Nakamoto Bitcoin-in yaradıcısı kimdir? Bitcoin-in yaradıcısı Elon Musk Satoshi Nakamoto haradandır Satoshi Nakamoto harada yaşayır