Parabolic SAR indikatoru alqı-satqı qərarlarının nə vaxt verilməli olduğu barədə istifadəçiyə təsəvvür yaradan texniki analiz metodudur. Parabolic SAR bazarların qısamüddətli hərəkətləri ilə bağlı yol göstərə bilər. Bu yazıda Parabolic SAR nədir sualının cavabını tapa bilərsiniz.
Parabolic SAR nədir?
Parabolic SAR indikatoru istifadəçilərə bazar hərəkətlərinin istiqaməti barədə proqnoz verməyə imkan yaradır. Maliyyə alətinin qiymət hərəkətləri haqqında təsəvvür formalaşdırır. Parabolic SAR indikatoru qiymətlərin yuxarı və ya aşağı istiqamətdə hərəkət etdiyi dövrlərdə istifadə olunur. Qiymət hərəkətlərinin yatay olduğu dövrlərdə isə çox işlədilmir. Parabolic SAR yalnız bazardakı trendin istiqaməti barədə proqnoz vermir, həm də bazardakı qiymət hərəkətlərinin haradan gələ biləcəyi barədə fikir formalaşdırır. Parabolic SAR indikatorundan istifadə edənlər qısamüddətli qiymət hərəkətlərinə qarşı mövqe tuta bilərlər.
Parabolic SAR indikatoru necə işləyir?
Parabolic SAR indikatoru nöqtələrin birləşdirilməsi ilə qurulur. Qiymət hərəkətlərinin üzərinə yerləşdirilən nöqtələr birləşdirildikdə parabola alınır. Parabolic SAR indikatorunun istifadəsində bazardakı qiymət hərəkətlərinin üstünə və altına kiçik nöqtələr qoyulur. Bazarda qiymət yuxarı istiqamətdədirsə, nöqtələr qiymətin altında çəkilir. Qiymət aşağı istiqamətdə olduqda nöqtələr qiymətin üstündə formalaşır. Yaranan nöqtələr qiymətlərin altında olduqda istifadəçilər alış mövqeyi aça bilər. Nöqtələr qiymətlərin üstündə olduqda isə istifadəçilər daha çox satış mövqeyinə meyillənir.
Parabolic SAR kripto bazarlarında fikir verirmi?
Kriptovalyutaların qiymət analizində Parabolic SAR indikatoru trendlərin istiqamətini və trendlərin mümkün dönüş nöqtələrini müəyyən etməyə yönəlik proqnozlar qurmağa kömək edir. İstifadəçilər Parabolic SAR qrafiklərinə əsasən mövqe tuta bilərlər. Bu, investorların mövqelərini bəzən qazancla, bəzən də ən az zərərlə bağlamasına kömək edə bilər.
Texniki analiz indikatorları istifadəçilərə bazardakı qiymət hərəkətlərini şərh etməyə kömək edir. Parabolic SAR indikatoru da daxil olmaqla heç bir analiz bazarlar barədə mütləq dəqiqlik vermir.
