IEO (Initial Exchange Offering) nədir?

· 1 min read

Kriptovalyuta layihəsi qurmaq istəyən layihə sahiblərinin inkişaf mərhələsində bəzən maliyyə dəstəyinə ehtiyacı olur. IEO sayəsində layihə sahibləri ehtiyac duyduqları maliyyə dəstəyini əldə edir və layihənin inkişafı üçün vəsait toplayırlar. İstifadəçilər isə IEO vasitəsilə sərmayə qoymaq istədikləri layihədən pay ala, satış bitdikdən sonra həmin layihəni ala-sata bilirlər.

IEO ilə ICO arasındakı fərq nədir?

IEO mərkəzləşdirilmiş kriptovalyuta birjaları üzərindən keçirilir. ICO-nu isə layihənin öz tərtibatçıları həyata keçirir. IEO-su baş tutan layihə mərkəzləşdirilmiş bir kripto birjasında listinq olunur. ICO keçirən layihənin isə hər hansı birjada listinq olunmaq məcburiyyəti yoxdur.

IEO-nun (Initial Exchange Offering) üstünlükləri nələrdir?

IEO keçirilən layihələr mərkəzləşdirilmiş kriptovalyuta birjaları tərəfindən nəzərdən keçirilir. Müəyyən filtrlərdən keçən layihələr, şərtlər uyğun olduqda listinq edilir. Bəzi istifadəçilər bunu vacib sayır, çünki IEO-su keçirilən layihənin etibarlılığını gücləndirir.

IEO-nun mənfi tərəfləri nələrdir?

IEO keçirilən layihənin gələcəkdə istifadəçilərə verdiyi vədləri yerinə yetirə bilmədiyi hallar ola bilər. Bu vəziyyət həmin layihənin dəyərini aşağı sala və sərmayə qoyan istifadəçilərə mənfi təsir göstərə bilər.