FOMO Nədir?

· 1 min read

Kriptovalyutalar investisiya bazarında yer almağa başlayanda həyatımıza bir çox yeni anlayış daxil oldu. Bu anlayışlardan biri olan “FOMO” bu sahədə ən çox işlədilən terminlərdəndir. Kökü psixologiyadan gələn bu anlayış ingiliscə “fear of missing out”, yəni “fürsəti qaçırmaq qorxusu” ifadəsinin qısaltmasıdır. Adətən sosial media asılılığı olan insanlar üçün işlədilən və dövrümüzün ən geniş yayılmış vəziyyəti sayılan bir hissdir. Söz mənası ilə FOMO bir yeniliyi qaçırmaq və ya bir vəziyyətdən məhrum qalmaq qorxusu kimi izah oluna bilər. Məhz buna görə insanlar münasibətlərini daim canlı saxlamaq istəyirlər. Anlayışın ruhi sağlamlığa müsbət töhfə verdiyi iddia edildiyi üçün o, psixoloji ehtiyac kimi qəbul edilir. Bunu insanın hansısa vəziyyətə zehni bağlılığı və sonra ondan azad olma hissi kimi izah etmək olar.

Kriptovalyuta və FOMO Əlaqəsi

İnvestor kriptovalyuta investisiyalarında rasional qərar verməlidir. Lakin investorlar rasional qərar əvəzinə FOMO təsiri ilə hərəkət edərək portfelini formalaşdıra bilirlər. Kripto bazarında bu, fürsətləri qaçırmaq qorxusu şəklində özünü göstərir. Fürsətlərdən xəbərsiz olmaq və ya digər investorların yararlandığı imkanlardan yararlanmamaq kimi adlandırıla bilən bu əlaqə bəzən investoru səhv qərarlara sürükləyir. Elə buna görə də FOMO təsiri altında qərar vermək son dərəcə riskli vəziyyətlərə yol açacaq qədər təhlükəlidir. Vaxtsız investisiyaların altında isə çox vaxt emosiyaların diktə etdiyi qərarlar dayanır.

fomo FOMO kriptovalyutalar kripto Binance bitcoin kripto treydinq məsləhətləri ethereum FOMO nədir