Bitcoin Halvinqi Nədir?

· 1 min read

Bitcoin-in ən mühüm xüsusiyyətlərindən biri dövriyyəyə çıxacaq bitcoin sayına sərt bir hədd qoymasıdır. Yeni bitcoin-lərin yaradılması qabaqcadan bilinən və hamı üçün şəffaf bir qaydaya tabedir. Bitcoin dünyasında məhdud tədarüklə bağlı əsas anlayışlardan biri isə blok mükafatının yarıya enməsidir. Bəs halvinq nədir və nəyə görə bu qədər önəmlidir? Məqalənin davamında ətraflı izah edirik.

Bitcoin blokunun yarıya enməsinin nə demək olduğunu anlamaq üçün əvvəlcə yeni bitcoin-lərin necə yarandığından danışmaq lazımdır. Bitcoin istehsalı məhduddur və ümumilikdə 21 milyon bitcoin çıxarılacaq. Dövriyyədəki bitcoin miqdarı bitcoin protokolu tərəfindən əvvəlcədən müəyyən edilib. Bütün bitcoin-lər blok mükafatları vasitəsilə əvvəlcədən bilinən sürətlə bazara çıxır. Blok mükafatı mayner-lərin gördükləri iş müqabilində qazandıqları bitcoin məbləğidir. Mayner-lər mövcud blokların yerləşdiyi blokçeynə əməliyyatlarla dolu yeni bloklar əlavə edərək əslində bitcoin şəbəkəsini qoruyur və təhlükəsizliyini təmin edirlər. Bu, çox mühüm bir işdir və mayner-lər buna görə mükafatlandırılır.

Hazırda hər istehsal olunan bloka görə mükafat 6,25 bitcoin-dir. Blok mükafatı təxminən hər dörd ildən bir yarıya enir və bu proses halvinq adlanır. Bitcoin halvinqi investorlar üçün çox əhəmiyyətli hadisədir, çünki şəbəkənin yaratdığı yeni bitcoin sayı azalır. Bu da yeni bitcoin tədarükünü məhdudlaşdırır; tələb güclü qalarsa, qiymətlər yüksələ bilər.

Bitcoin halvinqi Bitcoin Bitcoin halvinqi nədir