Kriptovalyuta bazarında investorların tez-tez işlətdiyi terminlər arasında “pump və dump” ifadələri xüsusi yer tutur. Kriptovalyutalarda süni şəkildə yaradılan qiymət artımlarını və düşüşlərini bildirən bu terminlərin Azərbaycan dilindəki qarşılığı şişirtmə və boşaltmadır. Bunlar bazarda investoru yanıldan əməliyyatlardır və trader son dərəcə diqqətli olmalıdır.
Bazarı manipulyasiya etmək üçün yayılan yalan xəbərlər qiymətlərə həm müsbət, həm də mənfi təsir göstərir. Pump və dump da məhz bu saxta xəbərlərlə bazarda yaradılan hərəkətlərdir.
Pump və Dump-ın bazara təsiri
Dəyəri aşağı olan bir kriptovalyutaya yaxşı reklam yaratmaq üçün bazar süni şəkildə şişirdilir. Bu proses pump adlanır.
Bazara təsir etmək üçün istifadə olunan pump üsulları bunlardır;
-
Həqiqəti əks etdirməyən yanıldıcı xəbərlər
-
Sosial media paylaşımları
-
Dəyərsiz kriptovalyutada “alış fürsəti” olduğu fikrinin yayılması
Pump və dump tək bir adamın deyil, qrupların həyata keçirdiyi əməliyyatlardır. Bazar manipulyatorları adlanan bu qruplar öz aralarında razılaşaraq kriptovalyutanı böyük həcmdə alır və bazarı qaldıraraq digər investorların diqqətini çəkir. Beləliklə, qiyməti sürətlə yuxarı itələməkdə davam edir və dəyərsiz kriptovalyutaya marağı artırırlar. Bazarı tanımayan investorlar isə coinin həqiqətən dəyər qazandığını düşünüb bu dəyərsiz kriptovalyutaya pul yatırır — pump da bu şəkildə baş verir. Qiymət istədikləri səviyyəyə çatanda hamısı birlikdə satır və qazanc xəyallarını bir daha reallaşdırırlar. Bu üsulla bazarı manipulyasiya edənlər qazanır, bazar haqqında məlumatı az olan investorlar isə itirir.
Kriptovalyuta traderləri bu cür bazar manipulyasiyalarına qarşı çox ehtiyatlı olmalıdır. İnvestisiyalarınıza istiqamət verərkən etibar etdiyiniz platformaların və analitiklərin məsləhəti ilə hərəkət etməyinizi tövsiyə edirik.
