Kriptovalyutadan istifadə etmək üçün 3 səbəb

· 2 min read

Kriptovalyutalar, şübhəsiz, son illərin ən böyük müzakirə mövzusudur. Kriptovalyutaların gələcəyi ilə bağlı hər kəsin fərqli düşüncələri, fərqli baxış bucaqları və fərqli proqnozları var.

Əksər insanlar kriptovalyutaları yalnız investisiya aləti kimi görsə də, əslində kriptovalyutalar bundan qat-qat çoxunu təklif edir. Gəlin kriptovalyutaların qiymətlərindən başqa nələr vəd etdiyinə birlikdə nəzər salaq.

Kriptovalyutaların istifadəçilərə verdiyi üstünlüklər

Əlçatanlıq və onun kriptovalyutalarla əlaqəsi

Kriptovalyutaların ilk böyük üstünlüyü qlobal olmalarıdır. Dünyanın harasında olmağınızın heç bir fərqi yoxdur: sizə lazım olan yalnız internet bağlantısı, telefon və ya kompüter, əlbəttə ki, kriptovalyutanın özüdür. Kripto pulqabısına sahib olmaq ənənəvi bank hesabı açmaqdan qat-qat asandır.

Yəni harada olursunuzsa olun, kriptonuz varsa, bu və ya digər şəkildə cibinizdə pulunuz var deməkdir. Xüsusilə dünyanın yavaş-yavaş kripto ilə ödənişləri qəbul etməyə doğru irəlilədiyini nəzərə alsaq, bəlkə də bir gün səyahətinizin hər addımında sizə lazım olan yeganə şey içində Bitcoin olan pulqabı olacaq.

Kriptovalyutada təhlükəsizlik

Blokçeyn paylanmış strukturu sayəsində mümkün hücumlardan qorunur. Şəbəkəyə nə qədər çox kompüter qoşulubsa, şəbəkə bir o qədər təhlükəsiz olur.

İlk öncə onu xatırladaq ki, kriptovalyutalar yalnız siz onları qoruduğunuz qədər təhlükəsizdir. Yəni bütün tədbirləri görmək sizin əlinizdədir. Blokçeynlərə hücum etmək və ya onları sındırmaq istənilən başqa şəbəkə ilə müqayisədə qat-qat çətindir və təbii ki, pulqabınız və ya kredit kartlarınızdan fərqli olaraq, onlar cibgirlərin hədəfi deyil.

Bununla belə, heç nə 100% zəmanətli deyil və kriptovalyutalarda təhlükəsizlik sizin məlumatlılığınızla düz mütənasib şəkildə artır.

Bundan əlavə, hər kripto pulqabısının şəxsi açar (private key) adlandırdığımız bir elementi var. Kriptovalyutanız şəxsi pulqabıya bağlandıqdan sonra heç kim sizin şəxsi açarlarınız olmadan pulqabınıza daxil ola və orada saxladığınız balansa müdaxilə edə bilməz.

Əlbəttə, bu açarları itirməməlisiniz. Adətən şifrə və ya kod formatında qarşımıza çıxan bu açarları təhlükəsiz yerdə, ən yaxşısı bir kənara qeyd edərək saxlamaq ağıllı addımdır, çünki bu açarları itirsəniz, öz pulqabısına daxil ola bilməyən insanların siyahısına siz də düşəcəksiniz. Belə kodları kompüterinizdə saxlamamağınız vacibdir: qeyd dəftəri virusların hədəfi ola və ya xarab ola bilməz, amma sərt diskiniz üçün eyni sözü demək mümkün deyil.

Ani kripto köçürmələri, aşağı əməliyyat komissiyaları

Kripto köçürmələrinin nə qədər vaxt aparacağı və neçəyə başa gələcəyi bir çox amildən asılı olsa da, onların bir ortaq cəhəti var: digər pul göndərmə üsullarından daha ucuzdurlar.

Kriptovalyuta əməliyyatlarının üstünlüklərindən biri onların bir neçə dəqiqə ərzində tamamlana bilməsidir. Əməliyyatınızın yerləşdiyi blok şəbəkə tərəfindən təsdiqlənən kimi köçürmə baş verir və aktivlər istifadəyə hazır olur.

Əməliyyat komissiyalarına gəlincə, kriptovalyuta əməliyyatları ümumilikdə daha ucuzdur. Amma unutmayın ki, blokçeynə tələbat artdıqca əməliyyat xərcləri də arta bilər. Buna baxmayaraq, blokçeyn ən yüklü vaxtında belə əməliyyat komissiyaları bank köçürmələrindən aşağı qalır.