Bitcoin mədən hovuzları nədir?

· 2 min read

Bitcoin mədənçiliyi blokçeyn dünyasının ən mühüm mövzularından biridir. Avadanlıq və proqram təminatı vasitəsilə kriptovalyuta istehsal edən, kriptovalyuta köçürmələrini qeyd edib təsdiqləyən şəxslərə mədənçi, onların gördüyü bütün işə isə mədənçilik deyilir. Bu dünyada ən çox rastlaşdığımız terminlərdən biri də mədən hovuzudur.

Mədən hovuzu nədir?

Mədənçiliyin ən vacib hissəsi sayılan ASIC-lər əslində təkbaşına kifayət etmir. Tək bir mədənçi sərf etdiyi enerjinin müqabilində gördüyü işdən yaxşı gəlir əldə edə bilmir. Bunu daha səmərəli etmək üçün mədən hovuzları yaradılır. 10 mədənçinin birgə işi mədən hovuzu kimi tanımlanır. Daha aydın bir misal çəkək: əgər Bitcoin mədənçiliyi okeandırsa, komanda şəklində işləyən mədənçilər də bir hovuzdur.

Mədən hovuzları necə işləyir?

Mədən hovuzlarını quran komandaların başında koordinator dayanır və mədənçilərin eyni bloklar üzərində işləməməsi üçün onlara müxtəlif nonce dəyərləri verir. Nonce dəyəri mədənçilərin sayğac kimi qəbul etdiyi təsadüfi rəqəmləri təmsil edir. Buna uyğun olaraq mədənçilərin alacağı mükafatlar müəyyənləşdirilir və bunu koordinator idarə edir. Koordinatorların geniş istifadə etdiyi iki üsul var: PPS (pay başına ödəniş) və PPLNS (son N pay üzrə ödəniş).

PPS nədir?

Pay başına ödəniş, yəni PPS, ən çox üstünlük verilən hovuz üsuludur. Bu üsulda hovuzdakı hər mədənçinin iş gücünü müəyyən etmək üçün pay adlandırılan heş dəyərləri nəzərə alınır. Hər pay üçün ödəniş edilir və bu məbləğ zamanla yığılır.

PPLNS nədir?

PPS-dən sonra ən çox üstünlük verilən üsul PPLNS-dir. Burada mədənçilər hovuz daxilində bir blokun mədənçilik prosesini tamamladıqdan sonra mükafatlandırılır. Hovuzda tapılan blokun ölçüsündən asılı olaraq son N pay yoxlanılır və mükafat müəyyən edilir.